“Capital Construction” MMC fəaliyyətini tikinti və layihələndirmənin bütün istiqamətlərini əhatə edəcək şəkildə qurmuşdur. Şirkətimiz layihələndirmə və dizayn xidmətləri, təmir və tikinti, MEP (mexaniki, elektrik və santexnika) işləri, sənaye tikintisi və infrastruktur layihələri üzrə kompleks həllər təqdim edir. Peşəkar komandamız hər bir layihəni beynəlxalq standartlara uyğun, yüksək keyfiyyətlə və vaxtında icra etməklə müştərilərimiz üçün etibarlı tərəfdaş olmağı hədəfləyir. Bizim üçün əsas məqsəd — müasir, funksional və uzunömürlü tikinti həlləri ilə dəyər yaratmaqdır.




