Biz kimik?
“Capital Construction” şirkəti 2018-ci ildən fəaliyyət göstərərək müxtəlif mürəkkəb və çoxşaxəli tikinti layihələrini müasir sənaye standartlarına uyğun şəkildə uğurla həyata keçirmişdir. Bu müddət ərzində şirkət ölkənin tanınmış və etibarlı tikinti şirkətlərindən biri kimi mövqeyini möhkəmləndirmişdir. Peşəkar və ixtisaslaşmış mütəxəssislərdən ibarət komandaya sahib olan Capital Construction tikinti, təmir-bərpa, memarlıq, dizayn və layihələndirmə sahələrində geniş xidmətlər təqdim edir. Şirkət inzibati və ictimai binaların, sənaye və ticarət obyektlərinin, istirahət komplekslərinin, biznes mərkəzlərinin, ofislərin və digər müxtəlif təyinatlı layihələrin yüksək keyfiyyətlə icrasını təmin edir. Şirkətin əsas məqsədi həyata keçirdiyi bütün layihələrdə keyfiyyət və etibarlılığı prioritet tutaraq həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə etibarlı və üstün seçimlərdən birinə çevrilməkdir.

